"Arda Güler "Real Madrid"in gələcəyi üçün çox vacib oyunçu olacaq, çünki yarımmüdafiədə onun xüsusiyyətlərinə malik futbolçular çox deyil". Sport24.az xəbər verir ki, bu sözləri Kral klubunun baş məşqçisi Karlo Ançelotti komandanın türkiyəli futbolçusu ilə bağlı fikirlərini bölüşərkən deyib.
"Real"ın çalışdırıcısı Ardanın oyununu inkişaf etdirdiyini deyib: "O, daha əhəmiyyətli bir futbolçuya çevrilir. Bu, gələcəkdə daha çox məna kəsb edəcək. Arda ustalıq nümayiş etdirir və oyununda sabitlik artır. Düşünürəm ki, o, sadəcə cinah oyunçusu deyil, fantastik mərkəz yarımmüdafiəçisi olacaq.
Qeyd edək ki, Arda bu mövsüm La Liqa və Kral kubokunda ümumilikdə 29 matçda 4 qol vurub.