"Ayaks"ın futbolçusu Yorrel Hato karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, müdafiəçi "Çelsi"nin diqqət mərkəzindədir. Bu barədə "Sky Sports" məlumat yayıb.

 

Hato bu mövsüm 47 oyunda meydana çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə edib. 19 yaşlı futbolçunun "transfermarkt"da dəyəri 30 milyon avrodur.