Azərbaycan yığmasının futbolçusu Emil Mustafayev Ukrayna çempionatında növbəti dəfə uduzub. Sport24.az xəbər verir ki, onun çıxış etdiyi "Çernomorets" 27-ci turda öz meydanında "Şaxtyor"a məğlub olub.

 

Start heyətində yer alan Emil 77-ci dəqiqədə əvəzlənib. Qonaqlar hər 3 qolu fasilədən sonra vurublar. "Çernomorets" ardıcıl 4-cü dəfə meydanı məğlub tərk edib.

 

Qeyd edək ki, Odessa təmsilçisi 18 xalla sonuncu pillədə qərarlaşıb. Mustafayevin komandası növbəti turda "Vorskla"nın qonağı olacaq.