"İnter"in hücumçusu və kapitanı Lautaro Martinez Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə mayın 6-da keçiriləcək cavab oyununda iştirak edə bilməyəcək. Sport24.az xəbər verir ki, bu barədə "Sky İtalia" məlumat yayıb.
Argentinalı 27 yaşlı forvarda əzələ dartılması diaqnozu qoyulub və bu, üzdən o, meydana çıxa bilməyəcək.
Qeyd edək ki, zədə səbəbindən "Barselona"nın əsas müdafiəçisi Jül Kunde də cavab qarşılaşmasını kənardan izləmək məcburiyyətindədir.