"İnter"i müdadfiəçisi Yann Bissek karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Mançester Yunayted" almaniyalı mərkəz müdafiəçisini transfer etmək istəyir.
Bu barədə "CaughtOffside" məlumat yayıb.
"İnter" Bisseki 55 milyon avroya satmağa hazırdır. 24 yaşlı futbolçu ilə "Tottenhem" və "Vest Hem" də yaxından maraqlanır.
Qeyd edək ki, "İnter" Yann Bisseki 2023-cü ilin yayında Danimarkanın "Orxus" klubundan transfer edib. Almaniya millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.