"Torino"nun baş məşqçisi Paolo Vanoli A Seriyasında "Venetsiya" ilə matçda huşunu itirib. Sport24.az xəbər verir ki, o, görüşün 77-ci dəqiqəsində qəfil yerə yıxılıb.

 

Bir neçə saniyə sonra mütəxəssis məşqçilər korpusunun üzvlərinin köməyi ilə ayaxa qalxıb.

 

Matç bərabərliklə başa çatıb – 1:1.