UEFA prezidenti Aleksander Çeferin İtaliyadakı futbol infrastrukturunu sərt şəkildə tənqid edib. Sport24.az xəbər verir ki, qitə futbol qurumunun rəhbəri bu barədə "Sportmediaset"ə müsahibəsində danışıb:

 

"İtaliyadakı futbol infrastrukturu biabırçılıqdır. İtaliya Dünya Kubokunu, Avropa Çempionatını və Çempionlar Liqasını qazanan ən böyük futbol ölkələrindən biridir. Amma eyni zamanda, digər böyük futbol ölkələri arasında, şübhəsiz ki, ən pis infrastruktura malikdir. Düzünü desəm, mən bu barədə danışmaqdan yorulmuşam. Çünki İtaliyada stadionlar barədə işlər müzakirələr bitir.

 

Ümid edirəm ki, İtaliya stadionlarla bağlı nəsə edəcək. Klubların hökumət və özəl investorların köməyinə ehtiyacı var. Artıq hərəkətə keçməyin vaxtıdır, çünki stadionlar dəhşətli vəziyyətdədir".

 

Qeyd edək ki, martda məlum oldu ki, Milandakı "San Siro" stadionu Çempionlar Liqasının 2027-ci ildə keçiriləcəyi finalına ev sahibliyi edə bilməyəcək. Qitənin ən mötəbər klub turnirinin həlledici oyunu Madriddə "Atletiko"nun doğma stadionunda keçiriləcək.