"Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallister çempionluqla bağlı emosiyalarını bölüşüb. Sport24.az xəbər verir ki, argentinalı məsələ haqda bunları deyib:
"Premyer Liqanı bu qədər asanlıqla qazanacağımızı gözləmirdim. Biz hələ prosesin başlanğıcındayıq. Məşqçi dəyişikliyi böyük dəyişiklik oldu. Təkmilləşməyə davam edirik. Ümid edirəm ki, bu, böyük uğurların başlanğıcıdır".
Qeyd edək ki, "qırmızılar" 34-cü turda "Tottenhem"i məğlub edərək (5:1) vaxtından əvvəl çempion titulunu qazanıb. MakAllister çempionatda 34 oyun keçirib, 5 qol vurub.