"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun oğlu Xorvatiyada keçiriləcək turnirdə çıxış edəcək. Sport24.az xəbər verir ki, o, Portuqaliyanın U-15 komandasına çağırılıb.

 

Bu isə Kriştianonun oğlunun Portuqaliya millisinə ilk dəvətidir.

 

Həmin turnirdə Portuqaliya Yaponiya, Yunanıstan və İngiltərə ilə qarşılaşacaq.

 

Qeyd edək ki, Kriştiano Jr Ronaldo "Əl-Nəsr"in gənclər komandasında oynayır.