"Qalatasaray"ın futbolçusu Lukas Torreyra karyerasını Argentinada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Cronica" portalı məlumat yayıb.

 

"River Pleyt" uruqvaylı yarımmüdafiəçini transfer etmək istəyir. Argentina klubu oyunçunun keçidini həll etmək üçün 15 milyon dollarlıq büdcə ayırıb.

 

Torreyra bir müddət əvvəl "Qalatasaray"la müqaviləsini 2028-ci ilin yayına kimi artırıb.