Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edir. Sport24.az xəbər verir ki, bu gün həlledici seriyanın 3-cü oyunu keçirilib.

 

İlk iki görüşdə qələbə qazanan "Sabah" "Neftçi"ni sınağa çəkib. Bakı İdman Sarayında təşkil olunan görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar" birinci periodda əldə etdikləri 17 xallıq üstünlüyü sonadək qoruyublar. "Neftçi" 3 xal fərqi ilə qalib gəlib.

 

Növbəti oyun iki gün sonra keçiriləcək.

 

Qeyd edək ki, final seriyası 4 qələbəyədək davam edəcək.

 

Azərbaycan Basketbol Liqası

Final, 3-cü oyun

6 may

19:00. "Sabah" – "Neftçi" - 76:79 (9:26, 32:16, 19:20, 16:17)
Bakı İdman Sarayı
Seriyada hesab – 2:1