İngiltərə Premyer Liqasının 37-ci turunda keçiriləcək "Aston Villa" - "Tottenhem" matçının vaxtı dəyişdirilib. Sport24.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
Klub Avropa Liqasının finalında iştirak etmə ehtimalına görə görüşün başqa vaxtda keçirilməsi üçün İngiltərə Futbol Assosiasiyasına müraciət edib. Beləliklə, daha öncə mayın 18-də keçirilməli olan görüş mayın 16-da, Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qeyd edək ki, "Tottenhem" Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Bodo-Qlimt"ə 3:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab qarşılaşması mayın 8-i keçiriləcək.