"Atletiko" müqavilə ilə "Mançester Yunayted"ə məxsus olan, icarə əsasında "Betis"də çıxış edən Antonini transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Madrid klubu "Betis"dəki performansı ilə diqqət çəkən vingerlə yaxın zamanda danışıqlara başlayacaq.
Antoni La Liqada 13 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun icarə müqaviləsi yaya kimidir.