"Real" "Liverpul"dan müdafiəçi Trent Aleksandr-Arnoldun müqaviləsi başa çatana qədər onu buraxmasını istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat paylaşıb.

 

Mənbənin sözlərinə görə, bu, Madrid təmsilçisinin iyunun 15-dən, iyulun 13-dək keçiriləcək klublararası dünya çempionatında iştirakı ilə bağlıdır.26 yaşlı ingilisin "mersisaydlılar"la müqaviləsi iyunun 30-da başa çatır.

 

Qeyd edək ki, bi neçə gün öncə insayder Fabrizio Romano Trentin artıq bu həftə "Real"la müqavilə bağlayacağını bildirmişdi.