Azərbaycan millisinin vingeri Mahir Emreli "Nürnberq"də qalmayacaq.  Sport24.az xəbər verir ki, o, Almaniya klubundan ayrılacaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Emrelinin mövsümün sonunda başa çatacaq müqavilə müddəti artırılmayacaq. 

 

O, mövsümün əvvəlində "Nürnberq"lə 1 illik müqavilə imzalamışdı.