FIFA-nın İnkişaf direktoru Arsen Venger maraqlı açıqlama ilə gündəmə gəlib. Sport24.az xəbər verir ki, funksioner Avropa Liqasını qazanan komandanın Çempionlar Liqasına vəsiqə qazanmasının düzgün olmadığını deyib:

 

"Avroliqanı qazanan yeni mövsümdə Avropa Liqasına birbaşa vəsiqə əldə etməlidir. Lakin qalibin Çempionlar Liqasına haqq qazanması məsələsi ilə bağlı fikirləşmək lazımdır. UEFA bununla bağlı məsələyə başlamalıdır. Məsələn, Premyer Liqadan beş komanda Çempionlar Liqasına gedir. Üstəlik kimsə Avropa Liqasını qazansa,say artacaq. UEFA bu məsələni diqqətdə saxlamalıdır".

 

Avropa Liqasında bu mövsüm yarımfinal mərhələsində "Tottenhem" və "Mançester Yunayted" mübarizə aparır. Hər iki kollektiv ilk oyunu böyükhesablı qələbə qazanıb. "Tottenhem" Norveçin "Bodo-Qlimt" (3:1), "Mançester Yunayted" isə İspaniya "Atletik"ini (3:0) məğlub edib.