"Qalatasaray" Kaan Ayhanı komandada saxlamaq qərarına gəlib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi futbolçusu ilə müqavilə müddətini artırıb. 

 

Türkiyə çempionu Kaanın müqavilə müddətini daha bir il artırıb. O, 2026-cı il iyunun 30-na qədər bu komandaya məxsus idi. 

 

Əlavə edək ki, Ayhan 2023-cü ildə "Sassuolo"dan "Qalatasaray"a keçib. Türkiyə millisinin üzvü karyerası ərzində "Şalke", "Ayntraxt"(Frankfurt), "Fortuna" klublarında oynayıb.