"Arsenal"ın futbolçusu Jorjinyo karyerasını Braziliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Flamenqo" yarımmüdafiəçinin xidmətində maraqlıdır.

 

Bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb. Braziliya klubu artıq 33 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

 

Jorjinyo bu mövsüm "Arsenal"la 27 oyuna çıxıb. Onun müqaviləsi 2027-ci ilin yayına kimidir.