Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edir. Sport24.az xəbər verir ki, bu gün həlledici mərhələnin ikinci oyunu baş tutacaq.

 

"Sabah" Bakı İdman Sarayında "Neftçi" ilə üz-üzə gələcək. Rimas Kurtinaytisin komandası ilk görüşdə "ağ-qaralar"ı 94:89 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, görüş saat 14:00-da başlayacaq. Final seriyasında 4 qələbə qazanan komanda çempion olacaq. Növbəti iki qarşılaşmanın mayın 6-da və 8-də baş tutacaq.