Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Avropa Tennis Turnirlərində 14-16 yaşlı idmançıların mübarizəsinə start verilib. Sport24.az xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışa 13 ölkədən tennisçilər qatılıb. 14 yaşlılar arasında 58, 16 yaş qrupunda isə 39 oğlan və qız tennisçi iştirak edir.

 

Yerli idmançılarımızdan Raul Məlikov, Mikayıl Feyzullayev, Nazim Məlikov, qızlardan isə Mədinə Qurbanova, Ayşən Kərimli və Cahan İsmayılova qalib adı uğrunda mübarizə aparır.

 

Qeyd edək ki, yarışa mayın 10-da yekun vurulacaq.