Qreq Popoviç "San-Antonio Spörs" basketbol klubunun baş məşqçisi vəzifəsini tərk edib. Sport24.az xəbər verir ki, 76 yaşlı mütəxəssis səhhətindəki problem üzündən bu addımı atıb.

 

Popoviç bundan sonra klubun prezidenti vəzifəsini tutacaq. O, 1996-cı ildən komandanın baş məşqçisi vəzifəsini tutub.

 

Qeyd edək ki, "San-Antonio Spörs" Popiviçin rəhbərliyi ilə 5 dəfə NBA çempionu olunub.