Kişi həndbolşuların Azərbaycan çempionatının final mərhələsində I-IV yerlər uğrunda yarışa "Kür" komandası başçılıq edir. Sport24.az xəbər verir ki, Mingəçevir təmsilçisinin aktivində 21 xal var.

 

"Bakı" ondan 5 xal geri qalır. 3-cü pillədəki "Azəryol" keçirdiyi oyunlardan 13 xal toplayıb. "Qarabağ" 2 xalla autsayderdir.