Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edir. Sport24.az xəbər verir ki, bu gün final seriyasının 4-cü qarşılaşması baş tutacaq.
Bakı İdman Sarayında keçiriləcək görüşdə "Sabah" "Neftçi" ilə qarşılaşacaq. Nominal meydan sahibləri seriyada hesabı bərabərləşdirmək üçün parket üzərinə çıxacaqsa, "Sabah" 3-cü qələbə ilə çempionluğa bir addım da yaxınlaşmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, seriyanın 5-ci qarşılaşması mayın 11-də baş tutacaq.
Azərbaycan Basketbol Liqası
Final, 4-cü oyun
19:00. "Neftçi" - "Sabah"
Bakı İdman Sarayı
Seriyada hesab – 1:2