Azərbaycan Basketbol Liqasında "Neftçi" və "Sabah" arasında final seriyasının dördüncü oyunu keçirilib. Sport24.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutan matç "ağ-qaralar"ın qələbəsiylə başa çatıb – 84:66.
Bu nəticə ilə ümumi seriyada bərabərlik qeydə alınıb – 2:2. "Sabah" əvvəlcə 2:0 üstünlük yaxalasa da, "Neftçi" geridönüş edib.
Növbəti matç mayın 11-də olacaq. Final seriyasında 4-ə çatan komanda qalib olacaq.