Bu gün Azərbaycan Milli Xalça Muzeyində "Çempionların savaşı" şahmat turniri başa çatır. Sport24.az xəbər verir ki, iki gün rapid oyunlarından sonra iştirakçılar bu gün blitsdə qüvvələrini sınayacaqlar.

 

Kişilər arasında Azərbaycan çempionu Rauf Məmmədov Dünya kubokunun keçmiş qalibi Rüstəm Kasımcanovla (Özbəkistan), qadınların ölkə çempionu Günay Məmmədzadə isə sabiq dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə qarşılaşır.

 

Sürətli oyunlardan sonra Məmmədov Qasımcanovdan 7:3, Məmmədzadə isə Stefanovadan 6:4 hesabı ilə öndədirlər.

 

"Çempionların savaşı"nın qalibi blits və rapid qarşılaşmalarının nəticələrinin cəminə görə müəyyənləşəcək.