Türkiyənin Manisa şəhərində şahmat üzrə beynəlxalq turnir başa çatıb. Sport24.az xəbər verir ki, yarışda təmsilçilərimizdən ən yaxşı nəticəni Xəzər Babazadə göstərib.

 

O, 6 xal yığaraq 4-cü yeri tutub. Babazadə yarışın qalibi iranlı Araş Təhbazdan yarım xal geri qalıb.

 

Digər şahmatçılarımızdan Elnur Əliyev yarışı 5,5 xalla 12-ci yerdə başa vurub. Vüqar Rəsulov isə 4 xal toplayaraq 26-cı yerlə kifayətlənib.