"Aston Villa"nın hücumçusu Markus Reşford bud nahiyəsindən zədə alıb. Sport24.az xəbər verir ki, futbolçunun bu səbəbdən mövsümün qalan hissəsini buraxacağı gözlənilir.

 

Reşford əlavə müayinələrdən keçəcək. Lakin həkimlər hücumçunun əməliyyata ehtiyacı olacağına hələ inanmırlar.

 

İngiltərəli forvard "Aston Villa"ya icarəyə göndərilib. Hücumçunun yayda "Mançester Yunayted"ə qayıdacağı və bundan sonra gələcəyi ilə bağlı qərar verəcəyi gözlənilir.