Bu həftə şahmat üzrə Almaniya Bundesliqasında növbəti qarşılaşmalar keçiriləcək. Sport24.az xəbər verir ki, yarışda "Vernhaym"ın şərəfini qoruyan Şəhriyar Məmmədyarov da çıxış edir.

 

11 turdan sonra azərbaycanlı qrossmeysterin komandası 19 xalla ikinci pillədə qərarlaşıb.

 

"Vernheym" aprelin 25-də "Heymbax"la, ertəsi gün isə "Solingen"lə qarşılaşacaq.

 

Qeyd edək ki, "Vernhaym" komandasının heyətində Hikaru Nakamura (ABŞ), Nodirbek Abdusattorov (Özbəkistan), Yan-Kşiştof Duda (Polşa) və digər tanınmış şahmatçılar var.