2025-ci il Formula 1 dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, artıq beş mərhələ arxada qalıb.

 

Sentyabrın 19-21-də keçiriləcək Azərbaycan Qran Prisinə isə təxminən beş ay qalıb.

 

Əvvəlki mövsümdə olduğu kimi, Bakıdakı yarış cari təqvimdə Avropada sonuncu mərhələ statusunu qoruyacaq. Bundan sonra Formula 1 okeanın o tayına yollanacaq.

 

Növbəti mərhələyə gəlincə, o, mayın 4-də ABŞ-nin Mayami şəhərində keçiriləcək.