Arsenal"ın heyətində iki dəfə İngiltərə Kubokunun qalibi olan 33 yaşlı Cek Uilşir "Norviç"in müvəqqəti baş məşqçisi təyin edilib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Nəticələrdən narazı qalan klub rəhbərliyi çərşənbə axşamı baş məşqçi Yohanes Torupla yolları ayırmaq qərarına gəlib.
Qeyd edək ki, Çempionşipdə mövsümün sonuna 2 tur qalmış "Norviç" 14-cü pillədə qərarlaşıb.