AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda "Zirə"nin müraciətinə baxılıb.
Qəsəbə təmsilçisinin U-17 komandasının futbolçusu Qurban Cəlilov barəsində verilən qərardan şikayəti qismən təmin edilib. U-17 Liqasında keçirilən "Zirə" – "Qarabağ" matçında rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçuya verilən 3 oyunluq cəza yüngülləşdirilib. O, ikisi şərti olmaqla 3 matçlıq diskvalifikasiya edilib. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunub və başlanğıcı aprelin 16-dan hesablanacaq.
Apellyasiya şikayətinin qalan hissəsi təmin olunmayıb.