"Neftçi" sabah Azərbaycan Kubokunun yarımfinalının cavab görüşü çərçivəsində səfərdə "Sabah"ın qonağı olacaq. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi oyunu canlı izləmək istəyən tərəfdarı üçün jest edib.
Rəhbərlik "Bank Respublika Arena"da komandanı tək buraxmaq istəməyən fanatlara Masazıra daha rahat yollanmaq üçün ekspres avtobuslar ayırıb.
Qeyd edək ki, "Sabah" - "Neftçi" qarşılaşması sabah saat 20:00-da başlayacaq. Komandalar arasında "Neftçi Arena"da baş tutan ilk oyun "bayquşlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.