"Borussiya"nın futbolçusu Yulian Brandt Almaniyada komandasını dəyişəcək. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi "Verder"lə danışıq aparacaq.

 

Bremen təmsilçisi Brandtla ilkin razılığa gəlib. Onun hazırkı komandası ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

 

Almaniya millisinin üzvü 2019-cu ildə "Bayer"dən "Borussiya"ya keçib.