Azərbaycan şahmatçıları Məhəmməd Muradlı və Eltac Səfərli İslandiyanın paytaxtında keçirilən "Reykyavik Open" turnirində liderlər sırasındadırlar. Sport24.az xəbər verir ki, 7 turdan sonra hər iki zəka sahibi 6 xal toplayıb.

 

Muradlı əlavə göstəricilərdə birincidir. Son turda o, Ezra Kirki (İngiltərə), Səfərli isə yerli şahmatçı Yohan Hjaptarssonu məğlub edib.

 

Qeyd edək ki, turnirin liderlər qrupunda 5 şahmatçı yer alır.