"Azarkeşlərimiz önündə oynuyurduq. Oyuna yaxşı hazırlaşmışdıq. Meydanda nə etmək lazım olduğunu yaxşı bilirdik. Son məğlubiyyətdən sonra qələbə qazanmaq vacib idi".

 

Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqanın 23-cü turunda "Baku Sporting"i məğlub edən (4:0) "Mingəçevir"in futbolçusu Mehrac Baxşəli deyib.

 

Gənc futbolçu komandasının liqada qalmaq şanslarını dəyərləndirib:

 

"Mingəçevir"də ailə mühiti var. Liqada qalmaq üçün əlimizdən nə gəlirsə, edəcəyik. Qarşıda finala bərabər 4 oyunumuz var. İnşallah bu oyunlardan da istədiyimiz nəticəni alarıq".

 

"Qəbələ"nin yetirməsi olan müdafiəçi sabiq komandasının Premyer Liqaya vəsiqə qazanmasından danışıb:

 

"Qəbələ" mənim evimdi. İlk komandamdı və futbola orda başlamışam. Orda dostlarım, tanışlarım çoxdu. Hər birini təbrik etmişəm. İnsallah ki, Premyer Liqaya daha da güclü dönəcəklər. "Mingəçevir"lə növbəti sezonun sonuna kimi müqaviləm var. Hal-hazırda bütün fikrim klubdakı hədəfimizdədi".

 

Qeyd edək ki, "Mingəçevir" Birinci Liqada 23 turdan sonra 25 xalla 7-ci pillədədir.