"İnter" A Seriyasının 34-cü turunda "Roma"ya uduzub – 0:1. Sport24.az xəbər verir ki, "neradzurra" bütün turnirlər daxil olmaqla ardıcıl üç oyundur, qol vura bilmir.

 

"Neradzurra" sonuncu dəfə 2012-ci ildə bunu yaşayıb.

 

"İnter" "Roma"dan öncə "Bolonya"ya 0:1, İtaliya Kubokunda "Milan"a isə 0:3 hesabıyla uduzub.