Braziliyalı futbolçu Halk karyerası ərzində vurduğu qolların sayında Neymarı keçib. Sport24.az xəbər verir ki, "Atletiko Mineyro"da çıxış edən hücumçu Braziliya Kubokunda "Malinqa" ilə oyunda (2:2) 443-cü qolunu vurub.

 

O, dünyanın ən çox qol vuran futbolçuları siyahısında 9-cu yerə yüksəlib.

 

Neymarın aktivində 442 qol var.

 

Dünyada ən çox qol vuran isə 934 qolla Ronaldodur.