İtaliyanın "Yuventus" klubunda yeni müqavilə qeydə alınıb. Sport24.az xəbər verir ki, A Seriyası nəhəngi Arkadiuş Milikin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Polşalı forvardla 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Yuventus" Arkadiuş Miliki 2022-ci ilin avqust ayında "Marsel"dən transfer edib. Polşa millisinin üzvü olan 31 yaşlı futbolçu bu mövsüm Turin təmsilçisinin heyətində rəsmi matçlarda iştirak etməyib. Təcrübəli hücumçu zədəlidir.