Yeniyetmələr arasında atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək. Sport24.az xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti açıqlayıb.

 

Yarış federasiya tərəfindən təşkil olunacaq. Birincilikdə 2010-2011-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar.

 

Qeyd edək ki, mayın 2-də start götürəcək yarış iki gün davam edəcək.