"Bayer"in yarımmüdafiəçisi Florian Virts "Bavariya"ya keçməyə yaxındır. Sport24.az xəbər verir ki, Münhen təmsilçisi və Virtsin ailəsi ilə çoxsaylı görüşlər və telefon danışıqlarından sonra bu keçidin reallaşacağına əmindir.
"Bavariya" yarımmüdafiəçiyə mövsümü 20-25 milyon avro maaşla 5 illik müqavilə təklif edir.
"Bayer" futbolçu ilə yeni müqavilə danışıqlarına girməyib. Virtsin Leverkuzen klubuyla sözləşməsi 2027-ci ilin yayına kimidir.