Azərbaycan minifutbol yığması Slovakiyada keçirilən növbəti Millətlər Liqası turnirində iştirak edib. Sport24.az xəbər verir ki, millimiz Ukrayna ilə 2:2 hesablı bərabərə qalıb, Slovakiyaya isə 2:3 hesabı ilə uduzub.

 

Məğlubiyyətə baxmayaraq, Azərbaycan komandası yarımfinala yüksəlib və Belçika ilə qarşılaşacaq.

 

Qeyd edək ki, ötən həftə Azərbaycan yığması Monteneqroda keçirilən analoji turnirin qalibi olmuşdu.