Lionel Messinin formasını geyindiyi "İnter Mayami" və Kriştiano Ronaldonun şərəfini qoruduğu "Əl Nəsr" yarımfinal mərhələsində məğlub olaraq konfederasiyalarının Çempionlar Liqasındakı iştirakını başa vurdular.

 

"İnter Mayami" KONKAKAF Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında "Vankuver"ə 1:3 hesabı ilə uduzub (ilk oyun 0:2) və mübarizəni dayandırıb.

 

"Əl-Nasr" isə Asiya Çempionlar Liqasının yeganə yarımfinal görüşündə Yaponiya təmsilçisi "Kavasaki Frontal"a 2:3 hesabı ilə məğlub olaraq, həlledici qarşılaşmaya yüksələ bilməyib.

 

Qeyd edək ki, həm 37 yaşlı Messi və 40 yaşlı Ronaldo əsas heyətdə meydana çıxıblar və oyunu əvəz olunmadan keçiriblər.