29-30 aprel tarixlərində "Azərlotereya"nın dəstəyi ilə Lənkəran Olimpiya İdman Kompleksində gələcəyin futbol ulduzları üçün seçimlər keçirilib. Sport24.az xəbər verir ki, "Sabah" akademiyasının məşqçiləri tərəfindən təşkil olunan seleksiya prosesində 2009–2015-ci il təvəllüdlü 600-ə yaxın uşaq bacarığını nümayiş etdirib.
Hava şəraiti ilə əlaqədar olaraq seleksiyanın bir hissəsi qapalı meydançada baş tutub.
Seçimlər nəticəsində 45 istedadlı uşaq və yeniyetmə Bakıdakı final mərhələsinə vəsiqə qazanıb.