Premyer Liqanın XXXIII turunun "Neftçi" – "Kəpəz" matçının biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, qiyməti 2, 3, 5, 15 və 20 AZN təşkil edən biletləri keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar.

 

"Neftçi Arena"nın kassalarında isə biletlər oyun günü saat 13:00-dan etibarən satışda olacaq.

 

Mayın 4-də baş tutacaq görüşə saat 20:00-da start veriləcək.