PSJ Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Arsenal"ı məğlub edib – 1:0. Sport24.az xəbər verir ki, parislilır 1991-ci ildən sonra turnirin yarımfinal mərhələsində səfərdə qələbə qazanan ilk Fransa komandası olub.
Sonuncu dəfə "Marsel" Moskva "Spartak"ına səfərdə qalib gəlib.
"Arsenal" ilə PSJ arasında cavab görüşü mayın 7-də Parisdə olacaq.