Kubanının Matansas şəhərində üçüncü dünya çempionu Xose Raul Kapablankanın xatirəsinə həsr olunmuş 58-ci Memorial turniri davam edir. Sport24.az xəbər verir ki, qrossmeysterimiz Azər Mirzoyev liderlər qrupunda yer alıb. 

 

O, altıncı turda yerli şahmatçı Luis Lazaro ilə heç-heçə edən şahmatçımız xallarını 5-ə yüksəldib və zirvə uğrunda mübarizəsini davam etdirir. Eyni xala malik daha altı şahmatçı olsa da, Mirzoyev əlavə göstəricilərə əsasən, ikinci pillədə qərarlaşıb.

 

Turnirdə ümumilikdə 119 şahmatçı iştirak edir.