Daşkənddə şahmat üzrə Masters turniri start götürüb. Sport24.az xəbər verir ki, Şəhriyar Məmmədyarov ilk görüşdə heç-heçəyə imza atıb.

 

10 şahmatçının iştirak etdiyi yarışın I turunda Məmmədyarov hindistanlı Vidiş Santoş Qujarati ilə qarşılaşıb. Tərəflər "sülh"ə razılaşıblar. 

 

İlk turu qələbə ilə başa vuran Aleksey Sarana və Nodirbek Abdusattorov lider mövqeyində qərarlaşıb.

 

Qeyd edək ki, turnir 9 turdan ibarət olacaq.

 

I tur
Vidiş Santoş Qujarati (Hindistan) – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Aleksandr Qrişuk (FİDE) – Aleksey Sarana (Serbiya) – 0:1
Rixard Rapport (Macarıstan) – Nodirbek Yakubboyev (Özbəkistan) – 0,5:0,5
Yu Yanqyi (Çin) – Javoxir Sindarov (Özbəkistan) – 0,5:0,5
Nodirbek Abdusattorov (Özbəkistan) – Parham Maqsudlu (İran) – 1:0