FİDE şahmatçıların iyul ayı üçün reytinqin cədvəlini açıqlayıb. Sport24.az xəbər verir ki, kişilərin sıralamasında Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarovun aktivində 2726 xal var. O, əvvəli reytinqə əsasən, 3 pillə geriləyib və 19-cudur. 

 

2700 xalı olan Rəcəbov isə 4 pillə geriləyib və 34-cüdür.  Rauf Məmmədov 2652 xalla 6 pillə irəliləyib və 76-cı yerə yüksəlib.

 

Cədvələ Maqnus Karlsen (2990 xal, Norveç) liderlik edir. Hikaru Nakamura (2802 xal, ABŞ) ikinci Fabiano Karuana (2796 xal, ABŞ) isə 3-cüdür..

 

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2441) 4 pillə geriləyərək 33-cü yerdə qərarlaşıb. Gövhər Beydullayeva isə üç pillə geriləyərək (2412) 42-ci pillədə yer alıb. 16 pillə irəliləyən Xanım Balacayeva (2407) 47-cidir. Ülviyyə Fətəliyeva (2399) iki pillə geriləyərək 51-ci sıraya düşübsə, Gülnar Məmmədova "Top-100"ü tərk edib.

 

Qadın şahmatçıların siyahısında ilk üç pillədə çinli qrossmeysterlər - Yifan Hou (2632), Venjun Ju (2566) və Ley Tinqjie (2548) yer alıb.