Azərbaycan Şahmat Federasiyasının Uşaq və Gənclər Komissiyasının təşkil etdiyi “Aslanlar 3” adlı rapid turniri başa çatıb. Sport24.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığmasının qalibi Rauf Məmmədov turnirin qalibi olub. Xəzər Babazadə və Fərid Mustafayev müvafiq olaraq ikinci və üçüncü yeri tutub . 

Qeyd edək ki, rapid turnirləri silsilə xarakteri daşıyır və mütəmadi olaraq təşkil olunur.