Batumidə kişi və qadınlar arasında təşkil olunan şahmat üzrə komandalararası Avropa çempionatında bu gün 5-ci turun partiyaları baş tutacaq. Sport24.az xəbər verir ki, həm kişi, həm də qadın şahmatçılarımız bunadək 6 xal (3 qələbə və 1 məğlubiyyət) toplamağı bacarıblar.

 

Bu gün kişilərdən ibarət komandamız Xorvatiya yığması ilə üz-üzə gəlir. Maraqlıdır ki, millimizin lideri Şəhriyar Məmmədyarov bu turda lövhə arxasına keçməyəcək.

 

Qadınlardan ibarət yığmamız isə İtaliya ilə üz-üzə gələcək.

 

Xorvatiya - AZƏRBAYCAN 1,5:1,5 İvan Sariç - Arkadi Naydiç 1/2:1/2 Marin Bosioçiç - Rauf Məmmədov  Hrvoe Steviç - Qədir Hüseynov 1/2:1/2 Antep Brkiç - Eltac Səfərli 1/2:1/2

 

İtaliya - AZƏRBAYCAN 1,5:2,5 Marina Brunello - Günay Məmmədzadə 1/2:1/2 Olqa Zimina - Xanım Balacayeva 1:0 Yelena Ardına - Ülviyyə Fətəliyeva 0:1 Daniela Movileanu - Gülnar Məmmədova 0:1